«Stalinə əbədi lənət olsun!» - Kadırov

kadirov-1«Stalin, çeçen xalqını uçurumun kənarına gətirib. Ona əbədi lənət olsun!».

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu sözləri Çeçenistanın başçısı Ramzan Kadırov özünün sosial şəbəkədəki səhifəsində yazıb:

«Əziz dostlar! Qroznıda Çeçen xalqının dövlətçiliyinin bərpası Gününə həsr olunmuş təntənəli iclas oldu. Tam 60 il bundan əvvəl, uzunmüddətli deportasiyalardan sonra, sərt sınaqlara məruz qoyulmuş əcdadlarımız öz ata torpaqlarına dönmək imkanı əldə etdilər. Bu hadisə tarixi ədalətin təntənəsi oldu. Heç bir əsas olmadan xəyanətdə ittiham edilərək, sürgünə göndərilən bütöv bir xalq bəraət qazandı və hüquqlarını bərpa etdi. Bizim əcdadlarımız qeyri-insani sınaqlarla üz-üzə qaldı, ancaq dəyanət və kişilik nümunəsi göstərdi. Deportasiyanın dəhşətlərindən sonra doğma torpaqlarda yaşamaq və yaratmaq üçün onlar özlərində »güc tapdılar. İosif Stalin Çeçen xalqını və digər xalqları uçurumun kənarına gətirib. Ona əbədi lənət olsun!

Dövlətin yeni rəhbəri Nikita Xruşov ədalətin bərpasına və çeçenlərin Vətənə qaytarılmasına nail oldu. Buna görə, biz ona ürəkdən minnətdarıq. Mənim tapşırığıma əsasən, Qroznı şəhərinin ən gözəl meydanlarından birinə Nikita Xruşovun adı verildi. Ancaq biz gərək bu faciləri hadisələrə görə, öz məsuliyyətimizi də dərk edək.

Bizim, uzun illər ərzində insanları dəhşətlərdən qoruya biləcək həqiqi xalq liderimiz olmayıb. Ancaq biz, çoxsaylı nümunələr bilirik ki, ayrı-ayrı yalançı vətənpərvərlər xalqı xaosa aparıb, özünü xalq maraqlarının müdafiəçisi qiyafəsində təqdim edib və bu zaman özünü cəlbedici şüarlara pərdələyib. Onlar ümumxalq miqyaslı faciə üçün münbit şərait yaradıblar.

Milləti birləşdirən, onu sülh və yaradıcılıq yoluna çıxaran ilk insan bizim Birinci Prezidentimiz, Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırov oldu. O, xalqın əsrlərlə davam edən faciəsinə və əzablarına son verdi, ölkədə sabitlik və çiçəklənmənin etibarlı təməlini qoydu. Bu gün biz, öz taleyimizin sahibiyik, dinc, sabit, çiçəklənən Çeçen Respublikasını qururuq. Onun gələcəyi bizim hər birimizdən asılıdır».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar