Tramp ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməkdə israrlıdır

Dərc olunub: 11/01/2017 - 23:28

trampTramp administrasiyası müttəfiqlərinə bildirib ki, ABŞ-ın İsraildəki diplomatik nümayəndəliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı planları qüvvədədir.

Trend CNN-ə istinadən xəbər verir ki, ərəb ölkələrinin bu addımı atmamaq çağırışlarına baxmayaraq, ABŞ-ın planları artıq mayın 24-də İsraildə “Qüds Günü” qeyd olunduqda rəsmən açıqlana bilər.

Avropa və ərəb ölkələri yeni administrasiyaya bu addımın Fələstin-İsrail arasındakı sülh prosesinin pozulmasına səbəb olacağı, eləcə də ABŞ-ın Yaxın Şərqdəki nüfuzuna zərər gətirə biləcəyi barədə xəbərdarlıq edib.

Fələstin Prezidenti Mahmud Abbas isə deyib ki, Qüdsün statusunu deyişən istənilən addım və yaxud bəyanat heç bir halda qəbul olunmayacaq.


loading...

Fikrinizi bildirin