Polkovnikin xanımının avtomobili ilə avtobusun toqquşma anı – VİDEO

DİN polkovnikinin xanımının avtomobili qarşı yola çıxaraq düz avtobusun üstünə gəlib və toqquşub

Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb. Avtosfer.az xəbər verir ki, bu barədə “BakuBus”un mətbuat xidmətindən bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C.Xəndan küçəsində “BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb: “Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, "BakuBus"-ın avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq “BakuBus”-ı ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib”.

Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü də apa-ya təqdim edib: “Eyni zamanda “BakuBus” olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik.

Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi “Nissan Qasqai” markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq “BakuBus”-a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə qadın sürücü ölüb. Həmin DİN polkovnikinin xanımı, ali məktəb müəlliməsi idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar