"Rusiyaya güc yolu ilə cavab vermək lazım idi" - Tillerson

Rusiyanın Krımla bağlı etdiklərinə güc yolu ilə cavab vermək lazım idi.

"Report" xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi postuna namizəd olan texaslı iş adamı Reks Tillerson deyib.

"Rusiyanın Krıma qarşı hərəkətləri zorakılıq idi və cavabında mütənasib olaraq güc tətbiqi tələb edirdi", - deyə Tillerson bildirib.

O, həmçinin iqtisadi sanksiyaları "güclü alət" hesab etdiyini təsdiqləyib. Namizəd bu kontekstdə sabiq ABŞ prezidenti Teodor Ruzveltin "diplomatik iş aparmaqla yanaşı əldə "böyük dəyənək daşımağın" zəruriliyinə dair fikirlərini xatırladıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar