«Dilma Russeffin impicmenti Obamanın sifarişidir» - Nikolas Maduro

maduroAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Braziliya senatorları, bundan əvvəl (31 avqust 2016 il) vəzifəsindən kənarlaşdırılmış ölkə Prezidenti Dilma Russeffin istefasına səs veriblər.

Venesuelanın Prezidenti Nikolas Maduro isə bəyan edib ki, Dilma Russeffin impicmenti ABŞ Prezidenti Barak Obamanın göstərişi əsasında baş tutub.

«Dilma Russeffin vəzifəsindən salınması Obamanın göstərişi əsasında həyata keçib. Siz, mənim sözlərimi yadda saxlayın, bu çevrilişə aid sənədlər üzə çıxanda, görəcəksiniz ki, çevriliş ABŞ tərəfindən həyata keçirilib» - deyə, Maduro bəyan edib.

Xatırladaq ki, braziliyalı senatorlar bundan əvvəl prezident postundan müvəqqəti kənarlaşdırılmış Dilma Russeffin impicmentini dəstəkləyiblər. Bundan sonra Braziliyinın vitse-prezidenti vəzifəsini daşıyan Mişel Temer dövlət başçısı vəzifəsinin icrasına başlayıb. Russefin müdafiəsi bu isə hadisəni «parlament çevrilişi» adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar