Dollar Türkiyədə tarixi rekordunu yenilədi

Dərc olunub: 12/01/2017 - 12:17

7ef0efb8-73c5-4290-822c-d6bf61d75b43_292Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi rekord səviyyəyə yüksəlib. “Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, dünən axsam saatlarında məzənnə 3,9423 TRY/USD ilə ən maksimal həddə çatıb. Hazırda isə məzənnə 3,89 TRY/USD-yə kimi geriləyib. Geriləməyə səbəb kimi dolların dünya valyuta bazarında əsas valyutalarla müqayisədə ucuzlaşması olub. Belə ki, dünən, ABŞ-ın yeni prezidenti D.Trampın çıxışından sonra məzənnə 1,8% artaraq 1,0450 USD/EUR-dan 1,0640 USD/EUR-a çatıb. Qeyd edək ki, D.Tramp dünənki çıxışında ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı planlarını açıqlamayıb.
“Report”un analitik qrupu bildirir ki, Türkiyədə dolların məzənnəsi yanvar ayının 24-də keçiriləcək Mərkəzi Bankın növbəti iclasına qədər sabit qalacaq. Əgər iclasda uçot dərəcəsinin artırılması ilə bağlı açıqlamalar verilərsə, dolların məzənnəsi 3,60 TRY/USD səviyyəsinə qədər enə bilər.


loading...




Fikrinizi bildirin