Soyqırımı cinayəti ilə bağlı yeni qanun hazırlanır

Dərc olunub: 12/01/2017 - 12:40

meclisAzərbaycan Milli Məclisinin yaz sessiyasında soyqırımı, bununla bağlı məsuliyyətlər barədə bir neçə qanuna dəyişikliklərlə bağlı layihələr, o cümlədən yeni qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.
APA-nın məlumatına görə, yeni “Soyqırımı cinayətləri və onların məsuliyyəti haqqında” qanun layihəsinin hazırlığı artıq başa çatmaq üzrədir.

Layihənin parlamentin yaz sessiyasında ilk iclaslarından birində müzakirəyə çıxarılması nəzərdə tutulur.
Bundan başqa, yeni qanun layihəsindən irəli gələrək bir sıra qanunvericilik sənədlərinə də dəyişiklik edilməsi üçün layihələr hazırlanıb və müzakirə ediləcək.


loading...




Fikrinizi bildirin