Bakı-Gəncə aviareysi dayandırıldı – AZAL-dan açıqlama

Dərc olunub: 12/01/2017 - 13:25

azal“Azərbaycan Hava Yolları” QSC (AZAL) cari il yanvarın 9-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib.

Bunu “APA-Economics”ə açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Dövlət şirkətinin rəsmisi bildirib ki, uçuşlar kommersiya baxımından qeyri-effektivdir və uçuşların dayandırılmasının səbəbi də məhz budur.


loading...


Fikrinizi bildirin