Təhsil Nazirliyi Şəmkirə nümayəndə ezam edib

Hadisəni rayon prokurorluğu araşdırır

Təhsil Naziriliyi Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş vermiş qalmaqallı hadisənin araşdırılması üçün Gəncə Təhsil İdarəsinin İnsan resursları şöbəsinin əməkdaşı Ceyhun Mirzəni həmin rayona ezam olunub.

Bu barədə “Report”a Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimov məlumat verib.

Onun sözlərinə görə, hazırda C.Mirzə məsələni yerində araşdırmağa başlayıb: “Ceyhun Mirzə indi rayon prokurorluğundadır. Ordan qayıdandan sonra birbaşa təhsil şöbəsinə gələcək. Onun və şöbənin birlikdə qəbul edəcəyi qərardan sonra direktorun işdə qalıb-qalmayacağı məsələsi öz həllini tapacaq”.

K.İbrahimov onu da əlavə edib ki, artıq məsələdə adıçəkilən direktor və laborantın fikirləri dinlənilib.

Qeyd edək ki, M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində əvvəllər laborant işləmiş Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. O, mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar