Çin Trampın ittihamlarına cavab verdi: “Barmaq silkələmək olmaz!”

Dərc olunub: 12/01/2017 - 14:38

china_flag_high_resolution_271215Çin istənilən formada kiberhücumların əleyhinədir və digər ölkələri, o cümlədən ABŞ-ı “bir-birinə barmaq silkələməyə” deyil, əməkdaşlığa çağırır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib.
L.Kan bildirib ki, Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp mətbuat konfransında Çin və Rusiyanı Birləşmiş Ştatlara qarşı kiberhücumlarda ittiham edən ABŞ xüsusi xidmət orqanları ilə razılaşdığını bildirib.


loading...


Fikrinizi bildirin