MANAT ÜZÜ AŞAĞI "ÜZMƏYƏ" BAŞLADI - Banklar dolları qaldırdılar

manat gemi4%-lik marjanın ləğv edilməsindən sonra banklar sərbəst məzənnə tətbiq etməyə başlayıblar. Marja” xəbər verir ki, banklarda dolların satış məzənnəsi 1.8720 manata çatıb. Bu, Mərkəzi Bankın örta çəkili məzənnəsindən 5.7% yüksəkdir.

Hazırda 1 dollar Unibank 1.8900 manata, Kapital Bank 1.8720 manata, Bank Respublika 1.8720 manata, Bank of Baku 1.8700-a satır.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olunub.

12 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilmiş və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar