ABŞ Şimali Koreyanın raket atmaq hədəsinə cavab verdi 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket atmaq hədəsinə radiolokasiya qurğusu ilə cavab verib.

«SBX» tipli radiolokasiya qurğusu açıq okeanda yerləşdirilmək üçün nəzərdə tutulub və uzaq mənzilli raketləri izləmək qabiliyyətinə malikdir.

Pentaqon Şimali Kopeyanın mümkün raket atışlarını yüksək texnologiyalı radiolokasiya qurğusu ilə izləyəcək. Qurğu məxsusi olaraq, bu məqsəd üçün quraşdırılıb.

«CNN» telekanalı hərbi idarədə çalışan mənbəyə istinadla xəbər verir ki, «SBX» tipli radiolokasiya qurğusu uzaq mənzilli raketlərin atışını izləmək qabiliyyətinə malikdir. Bu avadanlıq açıq okeanda yerləşdirmək üçün nəzərdə tutulub və yalnız konkret zaman kəsiyində quraşdırıla bilər.

Bu hərəkətlər Pxenyanın qitələrarası ballistik raket atmaq barədəki bəyanatlarına Amerika hərbçilərinin ilk cavabıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar