Tramp məşhur telekanalı yenə tənqid etdi - Qalmaqal

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla dünyanın ən məşhur telekanallarından olan CNN arasında qalmaqal davam edir.

Azvision.az xəbər verir ki, Tramp ötən gün keçirdiyi mətbuat konfransında baş verənlərdən sonra yenidən “Twitter” səhifəsində CNN-in əleyinə fikir bildirib.

Tramp CNN-in getdikcə etibarını itirdiyini, seçkilərdən sonra telekanalın çöküş içində olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən gün keçirdiyi ilk mətbuat konfransında Tramp CNN-in müxbirinin ona sual ünvanlamasına icazə verməyib.

“Siz yalan xəbərlər hazırlayan bir qurumsunuz” – yeni prezident jurnalistə deyib.

Müxbirin “Şirkətimizə sözlərinizlə hücum edirsiniz” cavabına əsəbiləşən ABŞ prezidenti “Qurumunuz çox bərbaddır” - deyə bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar