AZƏRBAYCANDA BENZİN BAHALAŞDI! - FOTO

Bakıdakı yanacaqdoldurma məntəqələrində Avropa standartlarına uyğun "AI-95 Premium" benzini bahalaşıb.

 

"AzPolitika" xəbər verir ki, "AI-95 Premium" benzinin qiyməti 0,95 AZN-dən 1,05 AZN-ə qaldırılıb.

Qiymət artımı sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, "Premium Euro-95" markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə «Avro-4» standartlarına uyğundur. "AI-98" markalı benzin kimi, "AI-95 Premium" da Rumıniyadan idxal olunur.

Qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi “AI-92” markalı benzinə şamil edilməyib.

1443438170_natiq-ceferliQeyd edək ki, "Premium Euro-95" markalı benzinin bahalaşacağı dünəndən müzakirə mövzusu idi.Baxmayaraq ki, Tarif Şurasının belə bir məsələnin olmadığı haqda məlumat yaymışdı. Ancaq ekspertlər bahalaçmmanın olacağını mümkün sayırdılar. Məsələn, “AzPolitika.info” xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə açıqlamasında bildirmişdi ki, Premium markalı (Aİ 95) benzinin qiymətini Tarif Şurası müəyyən etmir, bu səbəbdən də bahalaşma mümkündür: “Güya, bu da “üzən” rejimdə olmalı, qiymət rəqabətli mühitdə müəyyən olunmalı idi. Sadəcə bu ölkədə əsl rəqabət tək bir yerdə – toyda oynamaqda olur deyə, qiymət heç dəyişmədi, Premiumu tək bir şirkət gətirdi və satdı, indi dollar bahalaşır-bahalaşacaq, Aİ 95 xaricdən valyuta ilə alınır, ona görə də, bu növ benzinin qiyməti qalxması təəccüblü olmayacaq".

Ekspert bu bahalaşmanın təsirsiz ötüşməyəcəyini də bildirib: "Sadəcə, bu addım olsa, bu Aİ 92 üçün də (hansı ki, qiyməti dövlət tərəfindən müəyyən olunur) qiymət artımına zəmin yaradacaq. Benzin də qalxsa, kommunal xidmətlərin və dolların da bahalaşdığını nəzərə alsaq, ərzaqdan tutmuş, dərmana qədər hər şeyin qiymətinin daha da artması qaçınılmaz olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar