Şəhid Fikrət Bəşirovun dəfn mərasimi keçirilir - FOTOLAR

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulması zamanı şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlunun Astara rayonunun Şahağacı kəndində dəfn mərasimi başlayıb."Report"un Cənub bürosu xəbər verir ki, şəhidin tabutu bir neçə saat əvvəl Şahağacı kəndindəki evlərinə gətirilib.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu F.Bəşirovv müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Qeyd edək ki, dörd gün əvvəl şəhidin qız övladı dünyaya gəlib. O, Fizuli istiqamətində şəhid olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar