Gəncədə ər və arvad avtomobil qəzasına düşüb

Onların avtomobilini vuran maşın hadisə yerindən qaçıb

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.

Qəza hərəkətdə olan "Opel" markalı avtomobili yolun sağından yüksək sürətlə keçən avtomaşının vurması nəticəsində baş verib. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Nəticədə "Opel"dəki Bəxtiyar adlı sürücü, onun həyat yoldaşı və qaynı müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Həkimlər tərəfindən tibbi yardım alan hər üç yaralının vəziyyəti orta-ağırdır.

Hadisə yerindən qaçan avtomaşının sürücüsünün müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar