«Türk Hava Yolları»nın təyyarəsi yaşayış bölgəsinə düşdü! - 37 ÖLÜ (Yeniləndi)

“Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb.

APA-nın “Kommersant”-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.

Nazirlikdən bildirilib ki, ölən 37 nəfərdən 30-un kimliyi müəyyənləşdirilib. Digər 7 cəsədinin qalıqları tapılıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 7-si uşaq olmaqla, 11 nəfər xəstəxanaya yerləşdirilib.

Ölkənin Baş Prokurorluğu faktla bağlı cinayət işi başlayıb.

***

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin «Turkish Airlines» şirkətinə məxsus, Honkonq-Bişkək marşrutu ilə uçan təyyarə «Manas» aeroportu (Bişkək) rayonunda qəzaya uğrayıb. Qırğızıstan Fovqəladə Hallar Nazirdiyi (FHN) xəbəri təsdiqləyib.

Təyyarə « Manas» aeroportuna Bakı vaxtı ilə saat 05:30-da eniş etməli imiş. İlkin məlumata görə, uçaq aeroporta çatmamış ətraf bölgədəki bağ evləri rayonuna (aeroportun təxminən 5-15 kilometrliyi) düşüb.

Yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 32 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan baş nazirinin müavini Muhammedkalıy Abulqazıyev bildirib. Ölənlərdən 4 nəfər ekipaj üzvüdür. Onların kimliyi müəyyənləşdirilib. 28 nəfərinsə yerli sakin olduğunu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar