Almaniyanın A320 təyyarəsi «Domodedovo»ya qəza enişi edib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın A320 təyyarəsi yan pəncərə şüşəsinin zədələnməsi və kabinədə mümkün yanğın başlayacağı səbəbilə, Moskvanın «Domodedovo» aeroportuna qəza enişi edib. İnsident nəticəsində zərər çəkən olmayıb.

«Moskvaya yaxınlaşarkən, ekipaj yan pəncərə şüşəsinin ifrat qızması, getdikcə daha çox zədələnməsi və mümkün yanğın ehtimalı barədə xəbər verib. Nasazlıq ekipajın öz qüvvəsi ilə aradan qaldırılıb. Bundan sonra ekipaj təyyarəni uğurla «Domodedovo»ya endirib» - deyə, məlumatlı mənbə bildirib.

Mənbə əlavə edib ki, təyyarə Frankfurtdan Moskvaya uçub və hadisə nəticəsində zərərçəkən olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar