İspaniya dövlət katibinin «yubka»sı nə qədər gödəkdir? - FOTO

İspaniyanın dövlət katibi Mariya Luisa Ponselanın yubkasının gödək olması bir «çağırış»dırmı?

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, kütləvi informasiya vasitələri (KİV) qeyd ediblər ki, Ər-Riyadda keçirilən görüş zamanı İspaniyanın dövlət katibinin geyinmiş olduğu yubka «həddindən artıq» gödəkdir.

İspaniyanın beynəlxalq ticarət məsələləri üzrə dövlət katibi Mariya Luisa Ponselanın geyimi Ərəbistan KİV-i xeyli hiddətləndirib. Bu geyimdə, ispaniyalı xanım iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə həsr olunmuş və Ər-Riyadda keçirilən danışıqlara qatılıb.

Xəbər verilir ki, görüş zamanı xanım Mariya Luisa «abaya»sız («abaya» - ərəblərdə uzunqollu ənənəvi qadın geyimidir, hicab növlərindən biri sayılır, ictimai yerlərdə geyinilir və adəti üzrə qara rəngdə olur, ancaq qırmızı, ağ və mavi rəngliləri də var), başıaçıq və qısa yubkada olub.

Amma «El Mundo»nun yazdığına görə, Səudiyyə protokolu başın örtüklü olmasını və qadın geyimlərini tələb etmir. Bu səbəbdən də qadının belə davranışını bir «araqarışdırıcı çağırış və ya təhqiredici hərəkət» kimi qiymətləndirmək olmaz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar