Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb! - «Dağılırsa», qoy dağılsın»

donald-tramp-1

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş Prezidenti Donald Tramp NATO-nu «köhnəlmiş» təşkilat adlandırıb. «Reuters» agentliyi xəbər verir ki, bu barədə Tramp «The Times» qəzetinə danışıb.

«O, köhnəlmiş təşkilatdır. Belə ki, terrorçuluqla mübarizədən kənarda qalıb» - deyə, Tramp bəyan edib. Prezident onu da qeyd edib ki, NATO üzvü olan ölkələrin bir çoxu «ödəməli» olduqlarını «ödəmirlər». Bunu yalnız alyans üzvü olan 5 ölkə edir. Trampın fikrincə «bu, azdır».

Seçki kampaniyası dövründə Donald Tramp ABŞ-ın NATO ürzə müttəfiqlərini kəskin tənqid edib. Prezident bəyan edib ki, onlar özlərinin maliyyə öhdəliklərini icra etmirlər.

«Biz, onları müdafiə edirik, hərbi dəstək göstəririk və sairə. Ancaq onlar Birləşmiş Ştatlardan oğurlayırlar. Bəs, biz nə edirik? Heç nə» - deyə, Tramp ötən ilin aprelində Viskonsin ştatında seçicilər qarşısındakı çıxışı zamanı bəyan edib. O, qeyd edib ki, NATO ölkələri «əvvəllər ödəmədikləri»ni indi ödəməlidirlər - əks təqdirdə, «qoy rədd olsunlar»!

Prezident əlavə edib ki, əgər «NATO dağılırsa», qoy «dağılsın».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar