Moskva hökuməti miqrantlara «davranış qaydaları» öyrədir! - Anlaşılmaz üslubda
Baxiş sayı:
Dərc olunub:
16/01/2017 - 11:23
AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Moskva şəhərinin milli siyasət Departamenti «Moskva şəhərində miqrantın davranış qaydaları» adlı kitabça nəşr edib.
Nəfis çaplı kitabça yüz səhifəlik «komiks»dən ( komiks - qısa mətnlərlə müşaiyət olunan, komik, yumorlu şəkillərdən ibarət kitabça) ibarətdir. Kitabçanın qəhrəmanları arasında hüquq-mühafizə orqanlarını rəmzləşdirən üçü diqqəti cəlb edir - Vasilisa Premudraya, Yuri Dolqorukiy və Koşey Bessmertnıy.
Ekspertlər qeyd edirlər ki, kitabçanın içindəkilər rus dilini zəif bilən insanlar üçün anlaşılan deyil.
Bəs, bu nə «oyun»dur? Bunu cənab Sobyanindən soruşmaq gərəkdir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.