Beynəlxalq Bankın 5 filialı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Beynəlxalq Bankının 5 fililalı ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin filiallar Qazax, Şəki və digər filiallardır.

K.Əliyev qeyd edib ki, ötən il “qara bazar”la bağlı - valyuta mübadiləsi qaydalarının pozulmasına görə 2 cinayət işinin istintaqı yekublaşıb və aidiyyəti üzrə məhkəməyə göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar