Hərbi Dəniz Qüvvələrinin komandanı kim olacaq? - "Onun adı məlumdur"

Bu ay ərzində Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin olunacaq. Bu sözləri “Axar.az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, artıq bununla bağlı qərarın qəbul olunduğunu və yeni təyin edilmiş şəxsin adının da bəlli olduğunu bildirib:

“Hərbi Dəniz Qüvvələrinin sabiq rəhbərliyi həbsdə olsa da, onun vəzifəsini yerinə yetirən konkret şəxs var. Səhv etmirəmsə, o, birinci dərəcəli kapitandır. Hərbi Dəniz Qüvvələrində Əməliyyat bölməsinin rəisi olub. Hər halda, düşünürəm ki, bu ay ərzində biz Hərbi Dəniz Qüvvələrində yeni komandanın fəaliyyətə başlamasını görə biləcəyik. Məndə olan məlumata görə, artıq konkret şəxslə bağlı qərar qəbul olunub. Mən həmin adamın adını açıqlaya bilmərəm. Qorxuram ki, adı açıqlamaqla həmin şəxsə qarşı müəyyən problemlər yaradım. Bir şey deyə bilərəm ki, o, yüksək rütbəli - general dərəcəsinə malik olan zabitdir”.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar