«ABŞ - Meksika üçün zibilliyə çevrilib!» - Donald Tramp

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp ölkəyə qeyri-leqal miqrasiyanın əleyhinə olduğunu bəyan edib. Hələ özünün seçki kampaniyası dövründə o, ABŞ-Meksika sərhədi boyunca divar ucaldacağını deyib.

Yeni Prezident qeyd edib ki, ABŞ - Meksika üçün bir zibilxanaya çevrilib, buradan axışan miqrantların çoxu isə cinayətkar və qaçaqmalçıdırlar.

ABŞ Konqresi nümayəndələr palatasındakı mənbəyə istinadla, CNN telekanalının yaydığı məlumata görə, yeni Prezident vəd etdiyi divarın tikintisini maliyyələşdirmək üçün 2017-ci ilin aprelində dövlət büdcəsindən vəsait istəyə bilər.

Bunun cavabında Meksikanın Prezidenti Enrike Penya Neto deyib ki, Meksika hakimiyyəti divarın tikintisi üçün vəsait ödəməyəcək, ancaq sərhəddə təhlükəsizliyin təmin olunması üçün müəyyən məbləğdə vəsait xərcləyəcək. O, həm də qeyd edib ki, miqrantlara görə məsuliyyət daşıyırlar və pul vəsaitlərinin, silah axınının qarşısını almaq məqsədilə müəyyən tədbirlər görməlidirlər, çünki qeyri-leqal fəaliyyətin bu növlərindən Mekisikanın mütəşəkkil cinayətkar aləmi maliyyələşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar