“Şou yaratmağın da bir əndazəsi olmalıdır...” – EKSPERT

Bəzi saytlarda təhsil sektorunda 150 min müəllimin öz işini itirəcəyi barədə xəbərlər dərc olunub. Tanınmış təhsil eksperti Nadir İsrafilov öz "facebook" profilində bu xəbərlərə münasibət bildirib. Ekspert yazır:

"150 min müəllim işini itirə bilər - Şok açıqlama”. Son günlər bir sıra saytlar bu başlıq altında yazılar dərc ediblər. Bir çox FB istifadəçiləri də sanki, böyük intizar və "acgözlüklə” bu yazıları paylaşmaqla məşğuldurlar.

Təəssüfləndirici məqam odur ki, bu kimi hallara birinci dəfə yol verilmir. Heç cür anlamaq mümkün olmur ki, bu provakasiyadır, yoxsa təhsil sistemi ətrafında növbəti şou yaratmaq ənənəsi. Əslndə, anlaşılmazlığa əsas verəcək bir şey də yoxdur. Təhsildən az-çox məlumatı olan istənilən orta statistikalı ölkə vətəndaşı bilməmiş deyil ki, bu gün ölkədə 4500 civarında olan orta ümumtəhsil məktəblərimizdə elə cəmi 150 min civarında da müəllim çalışır. Belə çıxır ki... Nə isə... Hər halda çalışaq bu kimi həyati vacib məsələlərə münasibətdə bir az diqqətli olaq. Axı, şou yaratmağın da heç olmasa bir əndazəsi olmalıdır, ya yox...?”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar