Lənkəranda məktəb direktorunun müavinini avtomobil vurub - FOTO

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərində, akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, Ələkbər Qiyas oğlu Bəşirov rayon ərazisində taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı 42 BO 477 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ona kəllə-beyin travması və aşağı ətraflarda sınıq diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bəşirov Lənkəran şəhər 10 saylı məktəbin direktor müavinidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar