Neftin qiyməti aşağı düşüb

neftBu, bazarda qlobal bolluğun saxlanılması ilə bağlı narahatçılıq üzündən baş verib

Neftin dünya qiymətləri investorların neft hasilatçılarının OPEC paktına əməl edəcəyi və bazarda xammalın qlobal bolluğu ilə bağlı problemi həll edəcəklərinə şübhə ilə yanaşmaları səbəbindən bazar ertəsi ucuzlaşmaqda davam edib.

"Report" xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 21.20-yə olan vəziyyətə görə, Şimal dəniz qatışığı olan "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 0,07 faiz aşağı düşərək bir barel üçün 55,41 dollar təşkil edib. WTI markalı yüngül neftin fevral fyuçerslərinin qiyməti 0,17 faiz azalaraq bir barelə görə 52,28 dollara düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar