"Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməyə çalışırıq" - Poroşenko

poroshenko_91Ukrayna prezidenti bunu səfirlərlə görüşü zamanı bildirib

"Ukraynanın Türkiyə və Azərbaycanla qarşılıqlı faydalı strateji tərəfdaşlığını inkişaf etdirməyə çalışırıq".

"Report" xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko xarici dövlətlərin səfirləri ilə hər il keçirilən görüşü zamanı bildirib.

"Qarşılıqlı hörmət və fayda əsasında Çin ilə strateji tərəfdaşlığımızı bundan sonra da inkişaf etdirmək istəyirik. Yaponiyaya, xüsusilə "Böyük Yeddil"iyə sədrliyi zamanı göstərdiyi səylərə görə minnətdarıq. Kanada ilə əməkdaşlığımız, hər şeydən əvvəl azad ticarət zonasının yaradılması sayəsində yeni rəng alacaq. Ukraynanın Türkiyə və Azərbaycanla qarşılıqlı faydalı strateji tərəfdaşlığını inkişaf etdirməyə çalışırıq", - deyə Poroşenko qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar