Ulduz futbolçu vergidən yayındığını etiraf etdi

Sançes İspaniya xəzinəsinə bir milyon avroya yaxın vəsait borclu olub

İngiltərənin "Arsenal" klubunun hücumçusu Aleksis Sançes "Barselona"da çıxış etdiyi zaman vergidən yayındığını etiraf edib.

"Report" xəbər verir ki, bu barədə "AS" nəşri yazıb.

Çili yığmasının üzvü videokonfrans vasitəsi ilə İspaniya prokurorluğu tərəfindən sorğulanıb.

28 yaşlı hücumçu Çili və Maltadakı firmalar vasitəsi ilə 2012-ci ildə 587 min avro, 2013-cü ildə isə 395 min avro vergi ödəməkdən yayınıb.

Bildirilir ki, Sançes qeyd olunan vəsaiti artıq İspaniya xəzinəsinə ödəyib. Bununla belə ona əlavə cərimə təyin olunacaq. Sançesi həbs cəzası gözləmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar