İSTANBULU QANA BOYAYAN TERRORİST NECƏ YAXALANDI? - Foto + Video

"AzPolitika.info" xəbər verir ki, yeni il gecəsi 39 adamın öldüyü "Reina" hücumunu həyata keçirən Əbu Məhəmməd Əl Xorasani ləqəbli terrorist Abdulqadir Maşaripov tutulub.

 

Məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları şübhəli şəxsin Esenyurd rayonunda bir ünvanda gizləndiyini müəyyən ediblər. Sözügedən ünvanda aparılan əməliyyat nəticəsində Əbdülqadir Maşaripov ilə yanaşı biri Qırğızıstan əsilli kişi, üçü qadın olmaqla 5 nəfər saxlanılıb.

Şübhəlilər Vətən küçəsindəki İstanbul Polis İdarəsi Tədris Korpusuna aparılıblar.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin hüquq-mühafizə orqanları dekabrın 31-də "Reina" gecə klubunda terror aktı törətmiş şəxsin Özbəkistan əsilli Əbdülqadir Maşaripov olduğunu müəyyən ediblər. Terror aktı nəticəsində 39 nəfər ölüb. Onların arasında Azərbaycan əsilli bir Rusiya vətəndaşı da olub.

***

Musavat.com Türkiyədə çıxan "Hurriyet" qəzetinin saytına istinadla xəbər verir ki, özbək əsilli Abdülgadir Maşaripov İstanbulun Esenyurt səmtində lüks bir yaşayış massivində sağ olaraq ələ keçirilib. Onunla birlikdə 1 qırğız əslli kişi və 3 qadın yaxalanıb. Terrorçu tutulduğu zaman 4 yaşlı oğlu da yanında olub.

Reina saldırganı terörist böyle yakalandı Yatak detayı...

Bildirilir ki, əməliyyat ciddi məxfiliklə həyata keçirilib. Terrorla mübarizə şöbəsinin polisləri və kəşfiyyat qrupları terrorçunun gizləndiyi yeri müəyyən edincə hərəkət əmri verilib və dünən saat 23 radələrində terrorçu yanındakılarla birlikdəələ keçirilib.

İŞİD üzvü olan terrorçu "Reina" klubunda törətdiyi qırğından sonra Zeytinburnunda ailəsiylə qaldığı evə gedərək 4 yaşlı oğlunu götürmüş və izini itirmişdi. Polislər onu tapmaq üçün İstabulda və İzmirdə çoxsaylı əməliyyatlar keçiriblər.

Reina saldırganı terörist böyle yakalandı Yatak detayı...

Maşaripovun yanında tutlanlardan biri, 27 yaşlı Dina adlı senegallı qadındır. Digəri Somali əsilli Aysşadır, onun da 27 yaşı var. Üçüncü qadın Misirdən olan 26 yaşlı Tene Traredir.

Qatilin yaxalanmasna dair detallardan biri də onun polis basqını zamanı canını qurtarmaq üçün çarpayının altına girməsinə dairdir. O, əvvəlcə polislərə silahlı müqavimət göstərmək istəyib, daha sonra çarpayının altında gizlənməyə çalışıb, amma buna müvəffəq olmayıb.

Reina saldırganı terörist böyle yakalandı Yatak detayı...

Tutulanların bu evdə uzun müddətdən bəri qaldıqları təsbit olunub. Terrorçular alış-veriş etmək, yer dəyişdirmək üçün qaradərili qadnların köməyindən istifadə ediblər.

Polislər terrorçuların gizləndiyi mənzildə 6 saat boyunca araşdırma aparıblar.

Reina saldırganı terörist böyle yakalandı Yatak detayı...

Əməliyyatdan sonra hadisə yerinə toplaşmış hiddətli insanlar Maşaripovu polislərin əlndən alaraq döyməyə çalışıblar. Polislər camaata mane olub.

Reina saldırganı terörist böyle yakalandı Yatak detayı...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar