“Forbes” Azərbaycanın milyarderlər məhəlləsindən yazdı (FOTO)

Əhali sayına görə dünyaya ən çox milyarder vermiş məhəllənin görüntüləri

Dünyanın ən tanınmış iqtisadi nəşri “Forbes” Azərbaycanın Quba şəhərindən yerləşən Qırmızı Qəsəbə məhəlləsindən reportaj hazırlayıb.

ANS PRESS-in məlumatına görə, “Forbes”in 3 min adamın yaşadığı məhəlləyə diqqət yetirməsinin əsas səbəbi dünyanın iki tanınmış milyarderinin Zarax İliyevin və Qod Nisanovun bu məhəllədə doğulması ilə bağlıdır.

“Forbes”in reytinqinə görə, Quba konserv zavodunun keçmiş direktorunun oğlu, qəsəbənin ilk komissiyon mağazasının sahibi Qod Nisanovun 3,6 milyard dollar və onun ortağı Zarax İliyevin də 3,6 milyard dollar sərvəti var.

Onlar Moskvadakı “Ukraina” və “Radisson Slavyanskaya” otellərinin, “Yevropeyskiy” ticarət mərkəzinin, “Sadovod”, “Moskva” və “Lotos-Siti” topdan-pərakəndə satış komplekslərinin sahibidirlər. Hazırda Moskvda bir neçə iri tikinti layihəsini də gerçəkləşdirirlər. Hər iki iş adamı Qubada yaşayanda da yaxın dost olublar.

Nəşrin məlumatına görə, Qırmızı Qəsəbədə yaşayan əhali İrandan gəlmiş yəhudilərin törəmələridirlər. Onlar sefard deyillər və heç zaman İspaniyada yaşamayıblar. Onlar eradan əvvəl VII əsrdə Assuriya çarı Sinaxxerib tərəfindən əsir edilmiş yəhudilərin törəmələridirlər. Onların dili cuuri daha çox fars dilinə yaxındır. Amma Qırmızı Qəsəbədəki dini məktəbdə yeniyetmələrə ibrani dili də öyrədilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar