Daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyişir

Dərc olunub: 17/01/2017 - 09:23

16117351-1439927236026996-131932172-n“Azərsu” ASC-nin Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsi küçəsinin kəsişməsindən başlayacaq və Yeni yaşayış sahəsinədək davam edəcək təmir işləri ilə əlaqədar 31 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, təmir işləri ilə əlaqədar, yanvarın 23-dən 31 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların son dayanacaq nöqtəsi Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsinin kəsişməsi müəyyən edilib. Təmir işləri davam etdiyi müddətdə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinədək olan ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq və rahatlığını təmin etmək üçün BNA-nın təşəbbüsü ilə 31 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkət xüsusi nəqliyyat vasitələri ayırıb. Belə ki, qeyd edilən məsafədə 31 nömrəli müntəzəm marşrut xətti üzrə istifadədə olan avtobusların hərəkəti mümkünsüz olduğundan sərnişinlərin xüsusi nəqliyyat vasitəsilə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinə, eləcə də əks istiqamətdə ödənişsiz daşınması təmin ediləcək.


loading...




Fikrinizi bildirin