Banklar "qara bazar"ı yenidən canlandırır

Bankların dolları, satış qiymətindən 8 qəpik aşağı almaları qanunsuz dollar ticarətinə meydan açır.

“Marja” xəbər verir ki, bu gün “qara bazar”da dollar 1.84 manata alınıb, 1.86 manata satılır. Banklarda isə Dolların satış qiyməti 1.87-1.88 manat səviyyələrindədir.

Qiymətlər bunu deməyə əsas verir ki, hazırkı vəziyyətdə “qara bazar”ı dəstəkləmək banklara sərf etməz. Banklar Dolları 1.88 manatda sata biləcəkləri halda, nə üçün “qara bazar” vasitəsilə 1.86 manata satsınlar?!

Banklar alış qiymətini qaldıraraq Dollar alışını artıra, “qara bazar”ı sıxışdıra bilərlər. Bunu nə üçün etmədikləri dəqiq bilinmir. Düzdür, banklar alış və satış qiymətləri arasındakı böyük fərqlə böyük qazanc götürə bilərlər. Lakin banklara dollar satan yoxdursa bu yanaşma da mənasız olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar