Hərracdan sonra “Qara bazar”da dollar bahalaşdı

163627226Bu gün keçirilən valyuta hərracından sonra banklarla yanaşı, “qara bazar”da da dollar bahalaşıb.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.84 manat, satışı isə 1.86 manat olsa da, saat 13-dən sonra alış məzənnəsi 1.85 manat, satışı isə 1.87 manata yüksəlib.

Qeyd edək ki, yanvar ayının 18-də keçirilən Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın orta çəkili məzənnəsi 1.8285 səviyyəsində formalaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar