Pilot ərazilərdəki xəstəxanalara direktorlar təyin edildi

Mingəçevir və Yevlaxdakı Rayon Mərkəzi xəstəxanalarına direktor təyin edilib.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin direktoru Zaur Əliyevin əmri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb.

Hər iki pilot ərazidəki xəstəxanaların təsdiq edilmiş nizamnamələrinə uyğun olaraq, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə direktor Könül Ələkbərov, Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə isə Azər İsmayilov direktor təyin edilib.

Könül Ələkbərov Azərbaycan Tibb Universitetinin məzunudur. 2008-ci ildə Prezidentin sərəncamına əsasən, “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.

Azər İsmayılov Azərbaycan Tibb Universitetinin məzunudur, daha sonra təhsilini Türkiyənin Ege Universitetində davam etdirib.

Qeyd edək ki, icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi ərazilərdə - Mingəçevir və Yevlaxdakı dövlət tibb müəssisələrinə təyin edilən direktorlar inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar