Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi - VİDEO

Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətindən Türkiyəyə qeyri-qanuni yolla daxil olan İŞİD terror təşkilatının üzvü saxlanılıb.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, o, ölkədə terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinir. Belə ki, dindirilmə zamanı terrorçu sərhəddə torpağa içində silah-sursat olan torba basdırdığını bildirib.

İŞİD-çinin göstərdiyi yerdən 3 əldəqayırma partlayıcı qurğunun fitili, 3 uzaqdan idarəetmə aparatı və 3 kq 560 qr RDX partlayıcıları aşkar edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar