Böyük Corc Buşun həyat yoldaşı da xəstəxanaya yerləşdirilib

Keçmiş prezident palatadan Reanimasiya şöbəsinə köçürülüb

Bu gün pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən ABŞ-ın keçmiş prezidenti böyük Corc Buş adi palatadan Reanimasiya şöbəsinə köçürülüb, onun həyat yoldaşı Barbara Buş da xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə keçmiş prezidentin ofisinə istinadən "Reuters" məlumat yayıb.

Məlumata görə, Buş müəyyən prosedurlardan keçib, hazırda istirahət edir. Onun həyat yoldaşı xəstəxanaya oskürək və yorğunluq simptomları ilə yerləşdirilib. Ər və arvad hazırda Texas ştatının Hyuston şəhər xəstəxanasındadır.

1989-1993-cü illərdə ABŞ-a rəhbərlik edən Buşun 92, onun həyat yoldaşı Barbaranın isə 91 yaşı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar