"ONLAR KAFİR OLDUQLARI ÜÇÜN..." -  "Reina" terrorçusunun ifadəsindən

“Reina” terrorçusu Əbdülqadir Maşaripovun polisə verdiyi ifadənin təfərrüatları açıqlanır.

"AzPolitika.info"nun məlumatına görə, Əbu Məhəmməd Əl Xorasani ləqəbli Abdulqadir Maşaripov danışmağa başladığı zaman əvvəl türkçə suallar yönəldilib. Bu zaman "türkcəni az bilirəm" deyə, cavablardan yayınıb. Bundan sonra ingilis dilində suallar verilib. Bunlara da cavab verə bilməyəcəyini deyən terroristə eyni suallar rus dilində verilməyə başlandığı zaman səlist şəkildə cavablar verməyə başlayıb.

"NİYƏ REİNAYA HÜCUM ETDİN?

Terroristə verilən ilk sual "Nə üçün Reinaya hücum etdin?" olub. Maşaripov cavabında deyib:"Onlar kafir olduqları üçün oraya hücum etdim".

"NƏ ÜÇÜN QAPIDAKI POLİSİ ÖLDÜRDÜN?"

"Nə üçün qapıdakı polisi öldürdün?" sualına isə Maşaripov, "İlk əvvəl polis mənə atəş açdı. Onu öldürmədən içəriyə girə bilməzdim", deyə cavab verib.

"2015-ci ildə İranda saxta pasportla tutuldum"

Maşaripov suallara cavab verərkən "2015-ci ildə İranda saxta pasport səbəbiylə həbs olundum. Təxminən 1 ay həbsdə qaldım" deyə açıqlama verib.

"Canlı bomba olmağı qəbul etdim, özümü partladacaqdım"

Həbsxanadan çıxdıqdan bir müddət sonra, 2016-ci ilin yanvar ayında qaçaq yollardan İran üzərindən Türkiyəyə gəldiyini iddia edən Maşaripov bununla bağlı bildirib: "Türkiyəyə gəldiyimdə Konyaya yerləşdim və orada 1 ilə yaxın qaldım. Bu müddətdə davamlı Rakka ilə mesajlaşma proqramları ilə əlaqə saxladıq. Yeni il gecəsi Taksimdə canlı bomba hərəkəti etməm üçün təlimat verildi, bunun üzərinə İstanbula gəldim. Taksimdə çəkdiyim kəşf videosu bunun üçün idi. Çəkdiyim videonu Rakkaya yolladım, İŞİD-in İstanbul Əmiri Aka və köməkçisi tərəfindən məsləhət görüldü".

Yeni il günü sıx tədbirlərin olması və bombanı gətirəcək adamla görüşə bilmədiyi üçün vəziyyəti Rakkada olan İŞİD-in İstanbul Əmri Akaya bildirdiyini izah edən Maşaripov əlavə olaraq bildirib: "Aka, bunun üzərinə bölgədə səs gətirici bir hədəf tapmamızı söylədi. Daha əvvəldən adını gecə klubu olaraq eşitdiyim "Reina"nın qarşısından saat 22:00 radələrində keçdim. Mühafizənin zəif olduğunu gördüyüm üçün buranı uyğun tapdığımı təsdiqləmək üçün Rakkaya bildirdim. Qəbul edilməsi üzərinə, qaldığım evdəki silahı və əl bombası olaraq bildiyim "Flashbang"ləri alaraq "Reina"ya ölməyə gələrək, hərəkəti reallaşdırdım. Partlayan bombaların işıq çıxardığını görüncə qaçdım".

ELVİN

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar