Yevlaxda canavarlar 120 baş qoyunu parçalayıblar

CanavarYevlax rayonunda canavarlar şəxsi fermaya girərək 120 baş qoyunu parçalayıblar.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Daşkəsən rayon sakini Əbülfəs Orucovun təsərrüfatında baş verib.

Gecə saatlarında tövləyə daxil olan yırtıcılar 150 baş qoyundan 120-ni parçılayıblar. Ə.Orucov səhər saatlarında heyvanları örüşə çıxaran zaman 110 baş qoyunun tələf, 10-nun isə yaralı olduğunu görüb. Təsərüffat sahibi yırtıcıların hücumu zamanı ərazidə olan itlərin də onlara müqavimət göstərə bilmədiklərini bildirib.

Canvarların məhv etdiyi xırdabuynuzlu heyvanların cəsədləri Yevlax rayon Baytarlıq İdarəsinin əməkdaşları tərərfindən dərin çala qazılaraq basdırlıb. Ərazidə dezinfeksiya işləri aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar