“Rusiyaya Ukraynanın suverenliyinə təcavüz etdiyi üçün...” - Obama

Barak_Obama_140412_albomRusiyaya qarşı məhdudiyyət tədbirləri rəsmi Moskvanın Ukraynanın suverenliyinə təcavüz etdiyi üçün tətbiq edilib.

APA-nın məlumatına görə, bu barədə Barak Obama ABŞ prezidenti qismində keçirdiyi son mətbuat konfransında deyib.

Bununla belə, Obama Rusiya ilə konstruktiv münasibətlərin tərəfdarı olduğunu bildirib: “Düşünürəm ki, ABŞ və bütün dünya Rusiya ilə konstruktiv münasibətlərdə maraqlıdır. Ümid edirəm ki, gələcəkdə Rusiya ilə Ukrayna arasında da möhkəm əlaqələri bərpa etmək mümkün olacaq. İki ölkənin tarixən geniş mədəni və sosial bağları var”.

Obama həmçinin deyib ki, prezidentliyi dövründə Rusiyanın dünya birliyinin mühüm üzvü olmasına cəhd edib: “Lakin Vladimir Putin hakimiyyətə yenidən qayıtdıqdan sonra Rusiya ABŞ-a qarşı qərəzli münasibət nümayiş etdirməyə başladı”.

Çıxışı zamanı Barak Obama ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı Rusiyanı nüvə silahlarının məhdudlaşdırılmasına inandırmağa çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar