Üsəma Bin Ladenin son məktubları açıqlanıb

Əl-Qaidənin təsisçisi Üsəma Bin Ladenın sonuna qədər hədəfi Birləşmiş Ştatlar, onun Qərb müttəfiqləri və hökumətləri idi.

"Amerika hazırda olduğu kimi dünyadakı insanlara heç vaxt bu qədər nifrət etməmişdi" deyə, Bin Laden Quantanamo və Əbu-Qreybdəki qardaşlarına verilən işçəncələrə işarə edərək yazırdı.

"Fikir ayrılıqlarını bir yana qoyaraq, hər kəs diqqətini ümumi rəqibə yönəltməlidir" deyə, Bin Laden Şeyx Mahmuda yazdığı məktublarından birində bildirirdi.

Birləşmiş Ştatlar Kəşfiyyat Agentliyinin Bin Ladenin gizləndiyi Pakistanın Abbotabad şəhərində ələ keçirdiyi sənədlər arasındakı məktublarından onun fikirləri haqda yeni məlumatları açıqlayıb.

Hələ 2011-ci ildə reydlər zamanı ələ keçirilən sənədlərdən Əl-Qaidənin "Ərəb Baharı"nın ilk günlərində təsirlərini yaymağa çalışdığını açıq görmək olur.

"Açıqlanan sənədlərə əsasən Bin Ladenin uzun sürən zorakı münaqişələrin qlobal siyasətə təsir edəcəyini düşündüyünü görmək olar" deyə, sənədlər üzərində işləyən analitiklər bildirir.

Sənədlərə görə Bin Laden "Ərəb Baharı"nı keçid mərhələsi kimi qiymətləndirir və "artıq ərəb dünyasındakı inqilablara öz nəzərlərimizi yetirməliyik" deyə, yazırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar