ATV-dən SERGEY LAVROVA SƏRT SÖZLƏR - “Erməni kimi cavab verdi”

ATV-də yayımlanan "Həftə sonu" verilişində Rusiyanın Xarici işlər naziri Sergey Lavrov kəskin tənqid edilib.

"AzPolitika.info" azxeber.com-a istinadən xəbər verir ki, "İmperiya nostaljisi, imperialist bəyanat" adlanan süjetdə Rusiya haqda tənqidi fikirlər səslənib. Qeyd olunub ki, Lavrov özünü Rusiyanın deyil, Ermənistanın xarici işlər naziri kimi aparıb və o bu cür sərsəm bəyanat verməli deyildi.

Eyni zamanda telekanal azərbaycanlı jurnalistin də sualının haqlı və məntiqli olduğunu vurğulayıb.

Süjetdə həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyinin cavabı da birmənalı qarşılanmayıb. Aparıcı Vaqif Aydınoğlu qeyd edib ki, XİN-in Rusiyaya verdiyi cavab cavabdan çox, reaksiyaya oxşayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar