«Avropa İttifaqı ölüb!» - Marin Le Pen

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın «Milli cəbhə» patiyasının lideri Marin Le Pen bəyan edib ki, Avropa İttifaqı (Aİ) ömrünü başa vurub, ancaq bu faktı etiraf etməkdən çəkinir.

«Aİ ölüdür, amma hələ bunu anlamır. O, bütün sahələrdə iflasa uğrayıb» - deyə, fransalı siyasətçi «Bild am Sonntag» nəşrinə verdiyi müsahibədə bəyan edib.

Le Pen qeyd edib ki, Avropada işsizliyin səviyyəsi yüksək olaraq qalır, iqtisadi artım çox zəifdir. Bundan başqa o, deyib ki, «Aİ Avropanın sərhədlərini qorumaq iqtidarında deyil» və öz vətəndaşlarının təhlükəsizliyini terrorçulardan qoruya bilmir.

«Əgər eksperiment iflasa uğrayısa, bu eksperimenti dayandırmaq lazımdır» - deyə, siyasətçi «Avropa İttifaqı» avantürasını şərh edib.

O, növbəti dəfə Fransanın Aİ-dan çıxması barədə referendum keçirilməsi planını xatırladıb: «Əgər 4 sahə üzrə - sərhədlərin qorunması, valyuta siyasəti, iqtisadi siyasət və məhkəmə-hüquq sahələri üzrə ölkənin suverenliyi qaytarılmasa, Fransa Aİ-dan çıxmalıdır».

Redaksiyadan: Təxminən, 25 il bundan əvvəl nəhəng ittifaqlardan biri - Sovet İttifaqı dağıldı. Nəticələri faciəvi oldu - dünya «silkələndi». İndi də Avropa İttifaqı dağılır. Bunun nəticəsi nə olacaq? Böyük ehtimalla, bu dəfə dünya «alçı duracaq!»

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar