“Sualı bizə yox, Lider TV-yə verin” - Səfirlikdən açıqlama

Xəbər verdiyimiz kimi, Lider TV-nin Rusiya üzrə müxbiri Anar Həsənov işdən çıxarılıb. Onun işdən azad olunmasına səbəb kimi Rusiya XİN rəhbəri Sergey Lavrova verdiyi sual göstərilir.

Mətbuatda hətta jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə “vəsatət”i Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qaldırdığı da iddia edilib.

Ölkə.Az məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayib.

Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, Anar Həsənovun işdən çıxarılması sualını onlara yox, Lider TV-yə ünvanlamaq lazımdır: “Səfirlik öz işi ilə, diplomatik fəaliyyətilə məşğuldur. "Lider TV" isə müstəqil telekanaldır, özləri bilir, kimi işdən çıxarır, kimi işə götürür. Jurnalistin işdən çıxarılması məsələsilə bağlı telekanala müraciət olunsa, daha yaxşı olar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar