Rusiya və Türkiyə Suriyada İŞİD-ə qarşı birgə əməliyyat keçirib

Russia_Turkey_Flags_Color_605Suriyanın Hələb əyalətində Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-ə qarşı birgə əməliyyat keçirib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə nazirliyinin məlumatında deyilir.

Məlumata görə, yanvarın 21-də Rusiya və Türkiyəyə məxsus hərbi təyyarələr Hələb əyalətinin Əl-Bab yaşayış məntəqəsi istiqamətində İŞİD terrorçu qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Əməliyyata Rusiya tərəfindən 3, Türkiyə tərəfindən 4 təyyarə cəlb edilib. Ümumilikdə 22 hədəfin vurulduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar