Bakıda 400 min manata işlənmiş avtomobil satılır - VİDEO

Bakıda yerləşən avtosalonlarda qiyməti 250, 300 və 400 min manat olan işlənmiş avtomobillər satılır. “Xəzər TV” məlumat verir ki, bu avtomobillər 2-ci əl olsa da təzəsindən fərqlənmir. Hazırda paytaxtdakı bir çox avtosalonda qiyməti 200 min manatdan yuxarı olan avtomobilləri görmək olur.

Satıcılar bildirir ki, indi əsas təlabat görünüşü yaxşı, amma qiyməti aşağı olan avtomobillərədir.

Avtosalonlardan bildirilir ki, dollar manat qarşısında dəyər qazandıqca bu avtomobillərin qiyməti də yüksəlir. Belə bahalı maşınlar əvvəllər xaricdən tez-tez gətirilsə də, indi əsasən ölkədəki avtomobillər satılır.

Avtosalonlar son dövrlər belə bahalı maşınlara əsasən xarici ölkələrdən maraq göstərildiyini bildirir. Bunun səbəbi maşınların dollar dəyərinin aşağı olmasıdır.

Hazırda paytaxtda hətta yarım milyon manat dəyərində olan avtomobillər də satılır ki, belə avtomobillərin sahibləri onların açıq satışından çəkinirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar