Tramp vergi bəyannaməsini dərc etməkdən boyun qaçırıb

donald-tramp-1AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti, milyarder Donald Tramp vergi bəyannaməsini dərc etməkdən boyun qaçırıb. Bu barədə Trampın baş müşaviri Kellien Konuey «ABC» telekanalına verdiyi müsahibədə bəyan edib.

«İnsanlar ona səs verərkən, onlar üçün maraqlı idi. Amerikalılara, onların özlərinin vergi bəyannaməsinin Trampın prezidentliyi dövründə necə görünəcəyi daha çox maraqlıdır, nəinki onun bəyannaməsinin nədən ibarət olması» - deyə, müşavir qeyd edib.

Bununla bərabər, «ABC» kanalı ilə «The Washington Post» qəzetinin birgə apardığı sorğu göstərib ki, rəyi soruşulanların 74,0 faizi (bunların 49,0 faizi respublikaçılar partiyasının tərəfdarlarıdır) istərdi ki, Prezidentin vergi məlumatları xalqa elan olunsun. Bir qrup fəal Trampın vergi hesabatının dərc olunması üçün petisiya yazıb. Petisiya artıq 100 mindən çox imza toplayıb.

«WikiLeaks» saytı da vəd verib ki, milyarderin vergi ödənişləri barədə məlumatların əldə olunacağı təqdirdə, onları dərc edəcək.

Bundan əvvəl Tramp özü vəd etmişdi ki, vergi orqanları tərəfindən audit həyata keçirildikdən sonra vergi bəyannaəsini dərc edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar