Qambiyanın eks-prezidenti dövlətin bütün büdcəsini oğurlayıb! - Ölkədən çıxıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Qambiyanın seçkilərdə məğlub olmuş eks-prezidenti Yayya Camme ölkədən qaçarkən, dövlət xəzinəsindəki 11,4 milyon dollar vəsaiti özü ilə aparıb. Xəbəri «Röyter» agentliyi yayıb.

«Əldə etdiyimiz məlumata görə, xəzinədə pul yoxdur. Bu barədə bizə danışdılar. Amma öz səlahiyyətlərimizin icrasına başlayacağımız gün, biz bu məsələyə aydınlıq gətirəcəyik» - deyə, Qambiyanın yeni Prezidenti Adama Barrou bildirib.

Onun müşaviri Mai Əhməd Fəttinin məlumatına görə, eks-prezident özü ilə təxminən 11,4 milyon dollar büdcə vəsaitini, bahalı maşınlardan ibarət kolleksiyanı və dəbdəbə predmetlərini öz rezidensiyasından aparıb.

Oğurlanmış vəsaitlərin bir hissəsi artıq Qvineyada aşkarlanıb. Camme burada yolüstü dayanıb. Ölkənin keçmiş lideri Ekvatorial Qvineyadakı dostu Teodoro Obianq Nqem Mbasoqun yanına qaçıb. Bu şəxs «qaçqın»ları qonşu dövlətlərə və hətta Beynəlxalq cinayət məhkəməsinə təslim etmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar