Jirinovski pensiyaçılara: «Köçün Maqadana!»
Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski pensiyaçılara Maqadana və Murmanska köçməyi məsləhət görüb.
Onun sözlərinə görə, orada mənzillər boşdur: «Əgər pensiyaçının yaşayış şəraiti pisdirsə, onun üçün nə fərqi var ki, harada məskunlaşıb? Başlıcası - ayrıca mənzildir, mağazalardır» - deyə, Jirinvoski şərh edib.
O, əmindir ki, monoşəhərlərdə və digər yaşayış məntəqələrində bunların hamısı var: «Pensiyaçı işləmir və yaşadığı əraziyə o qədər də bağlı deyil. Ona görə də bütün arzu edənlərə könüllü qaydada sifariş verməyi təklif etmək olar». O, qeyd edib ki, bütün bunlar əlbəttə ki, şəxsi istək qarşılığında həyata keçirilə bilər.
RLDP liderinin fikrincə, monoşəhərlərə həm də yaradıcı insanlar köçə bilərlər. Onlar məsafədən işləyə bilirlər və hətta bəzilərinə öz şedevr əsərlərini yaratmaq üçün tənhalığa çəkilmək lazımdır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.