Rusiya ABŞ-a raket zərbəsi endirəcək? - Nyu York Tayms

Nyu York Tayms” qəzetinin hakerlər tərəfindən ələ keçirilən “@NYTvideo” adlı Tvitter hesabında Rusiyanın ABŞ-a raket zərbəsi endiricəyi bildirilib.Axar.az xəbər verir ki, nəşrin Tvitter hesabına səhər saatlarında kiber hücumlar təşkil edilib.

“Son dəqiqə: Vladimir Putin ABŞ-a raket zərbələri endiricəyi ilə bağlı məlumat ötürüb” başlığı ilə paylaşılan xəbərdə Putinlə Trampın fotoları da yerləşdirilib və 1 saatdan sonra silinib.

Daha sonra sözügedən hesabdan yayılan açıqlamada, “Bu səhifədən bizim icazəmiz olmadan paylaşılan məlumatı sildik. Məsələ ilə bağlı araşdırma aparırıq”, deyə bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar